Millimiz yenə Makedoniyaya uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Makedoniyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxıb. SportLine.az xəbər verir ki, rəqib yerli komanda olub. Bir neçə gün əvvəl iki cavabsız qolla qalib gələn Makedoniya seçməsi bu dəfə də meydanı qələbə ilə tərk edib.

Komandamızın heyətində yeganə qolu Fərid Nəbiyev vurub.

03 iyun 2016
Yoldaşlıq görüşü


Makedoniya (U-19) – Azərbaycan (U-19) - 2:1

Banner