Millimizdən növbəti heç-heçə
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib.
SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, növbəti dəfə Xorvatiyanın U-19 yığması ilə qarşılaşan komandamız yenə heç-heçə edib – 1:1. Yığmamızın qolunu Camal Camalov vurub.
Xatırladaq ki, bu komandalar arasında sentyabrın 20-də keçirilmiş yoldaşlıq oyunu 2:2 hesabı ilə bitmişdi.