Millimizin futbolçusu Super Liqa klubuna keçir
21 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü, hazırda Almaniyanın "Bohum" klubunda çıxış edən Barış Ekincier karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqada mübarizə aparan "Konyaspor" 22 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Gənc oyunçunun yaxın günlərdə Konyaya gələrək, uzunmüddətli müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə və Azərbaycan vətəndaşlığı olan Barış Ekincier millimizin formasını geyindiyi 12 oyunda 4 qol vurub.