Millimizin İngiltərə ilə oyununun vaxtı açıqlandı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 23-dən 28-dək İtaliyanın Katanya şəhərində təşkil olunacaq Avropa Liqasının Super Final mərhələsində iştirak edəcək. SportLine.az xəbər verir ki, seçməmiz Apenin yarımadasına 12 futbolçu ilə yollanacaq:
Vaqif Şirinbəyov
Elçin Qasımov
Renat Sultanov
Elvin Quliyev
Amid Nəzərov
Orxan Məmmədov
İlkin Hacıyev
Asif Zeynalov
Ramil Əliyev
Sabir Allahquliyev
Əbdül Əliyev
Hikmət Bağırov
Qrupda Türkiyə, İngiltərə və Çexiya seçmələrinə rəqib olan millimiz ilk oyununu "ay-ulduzlular"a qarşı keçirəcək:
25 avqust
Türkiyə – Azərbaycan
26 avqust
Azərbaycan – İngiltərə
27 avqust
Azərbaycan – Çexiya
Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 13:30-da başlanacaq.