Millimizin kapitanından 4 xal, komandası zirvədə qaldı

Azərbaycan milli komandasının voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” klubu Macarıstan çempionatında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, son ölkə çempionu “Mav Elore”yə 3:0 hesabı ilə qalib gəlib. 

Millimizin kapitanı matç ərzində 4 xal toplayıb.

Doqquz turdan sonra "Bekeşçaba"nı 2 xal qabaqlayan "Vaşaş" turnir cədvəlinə başçılıq edir.