Millimizin oyunu azərbaycanlı hakimlərə tapşırıldı
Qadınlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız bu gün Qazaxıstan millisi ilə görüşəcək.
"Dalğa Arena"da baş tutacaq qarşılaşmanı idarə edəcək hakimlər müəyyənləşib. Oyunda Azərbaycan ədalət təmsilçiləri iş başında olacaq. Saat 19:00-da başlayacaq qarşılaşmanı Yuliya Qurbanova idarə edəcək. Ona Xəyalə Əzizzadə, Gülyana Özcan və Fəridə Lütfəliyevadan kömək edəcək.
Qeyd edək ki, bu komandalar arasında iyulun 26-da keçirilmiş yoldaşlıq oyunu millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.