Millimizin sabiq futbolçusu Berlin "Dinamo"sunda
Azərbaycan millisinin sabiq üzvü - Rüfət Dadaşovun yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, hücumçu karyerasını Almaniya çempionatının Regional Liqasının Şimal-Şərq zonasında davam etdirəcək. Futbolçu Berlin "Dinamo"sunun şərəfini qoruyacaq.
R. Dadaşov ötən mövsüm Regional Liqada mübarzə aparan "Moyzelvits"də oynayıb.
Xatırladaq ki, R Dadaşov 2013-2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Hazırda milliyə onun qardaşı Renat Dadaşov dəvət alır.