Millimizin sabiq üzvü ÇSKA-dan təklif alıb

Gənclərdən ibarət Azərbaycan millisində 5 oyun keçirmiş David Qarayev Moskva ÇSKA-sından dəvət alıb.

Sportline.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu hazırda Rusiya Milli Futbol Liqasında KAMAZ-ın formasını geyinən mərkəz hücumçusuna rəsmi müraciət edib, yanvarın 14-də İspaniyada keçirəcəkləri qış hazırlıq dönəmində özünü göstərməsi təklif olunub.

2013-cü ildə Rusiya yığmasında oynamaq ehtimalı olduğundan və orada legioner sayılmamaq üçün əsas milli komandamızda forma geyinməkdən imtina edən 24 yaşlı forvard cari mövsüm 16 oyun keçirib, 11 qol vurub. Osetiyalı futbolçunun "ordu klubu" ilə qış transfer dönəmində müqavilə bağlayacağı yüksək qiymətləndirilir. (sportinfo.az)