Millimizin üzvü hakimi söydüyünə görə cəzalandırıldl

AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Sportline.az xəbər verir ki, komitə üzvləri futzal üzrə Yüksək Liqanın XXVI turunda baş verənləri də müzakirə ediblər.

Aprelin 28-də baş tutmuş "Marafon Futsal” – "Araz” matçında "Araz"ın düz 4 üzvü meydandan qovulub ki, onların hər biri millinin formasını geyinir. Kobud oyuna görə birbaşa qırmızı vərəqə alan Eduardo Borqes və İsa Atayev 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. Qapıçı Rövşən Hüseynli son dəqiqədə ikinci sarı vərəqə ilə meydanı tərk edib ki, bu, onun 1 oyunu buraxması ilə nəticələnəcək.

Xətai Bağırovun cəzası isə daha ağır olub. Belə ki, 18-ci dəqiqəsində hakimi təhqir edən Bağırov 4 matçlıq cəza ilə üzləşib.