Neko Uilyams Mançester klubuna keçmək istəyir

"Nottingem Forest"in futbolçusu Neko Uilyams "Mançester Yunayted"in transfer hədəfindədir.

Sportline.az xəbər verir ki, 25 yaşlı sol cinah müdafiəçisi "qırmızı şeytanlar"a keçmək istəyir.

Bu haqda"Footy İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, N.Uilyamsın dəyəri 28 milyon avrodur.