Millimizin üzvü "Leypsiq"də şou göstərir
17 yaşadək futbolçulardan ibarət millimizin üzvü Murad Mahmudovun Almaniya karyerası davam edir. “Leypsiq”in 17 yaşlılardan ibarət komandasının şərəfini qoruyan hücumameylli yarımmüdafiəçinin üstün cəhətlərindən biri də texniki hazırlığıdır. Sportline.az xəbər verir ki, komandasının qış hazırlığı dönəmindəki futzal matçında, Muradın vurduğu qol, Almaniyanın spreekick.tv saytının ən baxımlı qollar siyahısında yer alıb. Xatırladaq ki, Almaniyada doğulan futbolçu ötən ilin yanvarında millidə debüt edib. O, milli formada meydana çıxdığı 8 oyunda 1 qolla fərqlənib.