Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" "La Liqa"da növbəti görüşünü keçirib. SportLine.az xəbər verir ki, "Betis"in qonağı olan İsrafilovun komandası rəqibi darmadağın edib.
Millimizin üzvü meydana 83-cü dəqiqədə daxil olub.
"Betis" - "Eybar" - 0:4
Qollar: Kapa, 3 (0:1), Keko, 17 (0:2), Adrian, 71 (0:3), Baston, 82 (0:4)