Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis" İspaniya II liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, İsrafilovun komandası "Saraqosa"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
İsrafilov görüşün 68-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, “Kadis” 17 turdan sonra 24 xalla 22 klub arasında 5-ci pillədə qərarlaşıb.