Millimizin üzvünə əsas komandada yer tapılmadı

Türkiyənin “Bursaspor” klubu növbəti mövsümə hazırlığı davam etdirir. Sportline.az xəbər verir ki, “ağ-yaşıllar” Avstriya toplanışı çərçivəsində İngiltərənin  “Lids” komandasına 3-0 hesabı ilə qalib gəliblər. Qələbədə Azərbaycanın gənclər millisinin futbolçusu Ozancan Kökcü də pay sahibi olub. O meydana daxil olduqdan sonra komandası  2 qola imza atıb.Bununla belə, oyundan sonra baş məşqçi Pol Le Quenin rəhbərliyə təqdim etdiyi yeni mövsüm üçün siyahıda Ozancanın adı yoxdur.  Yay fasiləsində “Feyenord”dan transfer edilən futbolçu  “Bursaspor”un U-21 komandasına qoşulacaq.