Millini türkiyəli mütəxəssis çalışdıra bilər
Milli komandamız türkiyəli mütəxəssis Rıza Çalımbaya həvalə oluna bilər.
Sportline.az xəbər verir ki, bunu təcrübəli mütəxəssis özü “Sabah” qəzetinə açıqlamasında deyib.
“Düzdür, Azərbaycan millisindən hələ rəsmi təklif almamışam. Amma adımın bu komanda ilə birgə hallandığını eşitmişəm. Bir neçə gün ərzində mənimlə əlaqə saxlayacaqlarını düşünürəm. Təklif gəlsə, Azərbaycan millisini çalışdırmağa müsbət yanaşaram”.
Qeyd edək ki, Çalımbay sonuncu dəfə 2023-cü ildə Türkiyənin “Beşiktaş” komandasına rəhbərlik edib.