Millinin Avropa çempionatı üçün heyəti
İyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı keçiriləcək.
Sportline.az xəbər verir ki, qitə birinciliyində ölkəmizi təmsil edəcək gənc qızlardan ibarət milli komandanın üzvləriylə görüş keçirilib. Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və qadınlardan ibarət yığma komandanın baş məşqçi əvəzi Rövşən Umudov məsul yarışda iştirak edəcək güləşçilərə uğurlar arzulayıblar.
Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında AÇ-də iştirak edəcək komandanın tərkibində 6 qız idmançı yer alıb. Romada Əsmər Canqurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Mərziyə Sadıqova (72 kq) güləşəcək.
Qeyd edək ki, AÇ-nin proqramına əsasən, iyunun 28-də qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti 3 gündə isə güləşin bu növündə mübarizə baş tutacaq.