İslamiadanın futbol yarışı daha tez başlanacaq

İslam oyunlarının futbol yarışının püşk atma mərasiminin vaxtı məlumdur. Sportline.az xəbər verir ki, tədbir aprelin 6-da olacaq. İslamiadanın futbol turnirində 8 milli komanda mübarizə aparacaq. Azərbaycanın U-23 komandası ilə yanaşı Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair seçmələri bacarığını göstərəcək. "Bayıl arena", "Dalğa arena",  "AZAL arena" və "Tofiq Bəhramov adına stadion"da keçiriləcək 16 qarşılaşmadan ibarət yarışa, dünya çempionatının təsnifat oyunları ilə əlaqədar mayın 8-də start veriləcək. Qalibin adına isə. mayın 21-də aydınlıq gətiriləcək.