Məşhur hücumçu baş məşqçi oldu

Almaniya millisi və "Bavariya"nın sabiq hücumçusu Miroslav Kloze yenidən futbola qayıdır.

Sportline.az xəbər verir ki, o, karyerasını "Nürnberq"in baş məşqçisi kimi davam etdirəcək.  

Bu haqda klubun X sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb. 

Qeyd edək ki, 4 dünya çempionatının mükafatçısı olan Kloze 16 qolla mundialların ən yaxşı bombardiridir. 

O, Almaniya millisinin heyətində 71 qola imza atıb.