Millinin üzvü yeni müqavilə imzaladı

Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarov  Almaniyanın “Aue” klubu ilə müqaviləsini yeniləyib. Sportline.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu II Bundesliqa təmsilçisi ilə 2018-ci ilə qədər olan müqavilə müddətini 2021-ci ilin yayına qədər artırıb. Qeyd edək ki, “Aue”yə ötən il “Karlsrue”dən keçən Nazarov son mövsümdə rəqib qapılarına  9 qol vurub.