Milliyə və "Qarabağ"a qarşı oynaya bilməyəcək
Çexiya millisi və “Roma”nın hücumçusu Patrik Şikin təkrar müayinəsinin cavabı məlumdur. Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Verona” ilə oyunda zədələnən 21 yaşlı futbolçu 2 həftə yaşıl meydanlardan kənar qalacaq. Sol bud əzələsində şiş aşkarlanan futbolçu sentyabrın 27-də Çempionlar Liqasının II turunda “Qarabağ”la səfər oyunu və Çexiya millisinin oktyabrın 5-də Bakıda Azərbaycan seçməsinə qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçını buraxmalı olacaq.