Mirbağır İsayev milli komandaya baş məşqçi təyin edildi
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb. SportLine.az "Report"a istinadən xəbər verir ki, Komitə üzvləri Mingəçevirdə divizion klublarının nümayəndələri ilə keçirilmiş görüş haqqında ətraflı məlumat verib, I divizion və Azərbaycan Premyer Liqası barədə ümumi fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan U-15 yığmasına baş məqşçi təyinatı da müzakirəyə çıxarılıb.
Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən AFFA rəhbərliyinin qərarı ilə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə həvalə olunub.