Mirça Luçesku "Fənərbağça"dan imtina etməsinin səbəbini açıqladı

Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku "Fənərbağça"nın təklifindən imtina etməsinin səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, rumıniyalı mütəxəssis ötən yay İstanbula yollanmaq imkanı olduğu halda, müharibə gedən ölkədə qalmasını belə izah edib: "Mən heç vaxt qorxaq olmamışam. Bugünkü məşq zamanı da iki dəfə həyəcan siqnalı çalındı. Kiyevdə bu adi hala çevrilib. Bununla belə işimizə davam edirik. Heç vaxt qorxaq olmamışam. İndi də heç nədən qorxmuram. Bütün çətinliklərə rəğmən "Dinamo"nu tərk etmək fikrim yoxdur".