Miroslav Kloze: "Mahir Emreli derbiyə hazırlaşır"
"Mahir Emreli derbiyə hazırlaşır".
Sportline.az "Bild" nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın "Nürnberq" komandasının baş məşqçisi Miroslav Kloze deyib.
46 yaşlı mütəxəssis II Bundesliqanın XXVI turunda "Qroyter Fyurt"a qarşı keçirəcəkləri oyunda azərbaycanlı hücumçuya şans verə biləcəyini söyləyib:
"Uzun söhbətdən sonra Mahirlə birlikdə qərar verdim. Mən həmişə oyunçunun meydanda 100 faiz gücünü qoymasının tərəfdarıyam. "Proyssen"lə (1:0) matç belə qarşılaşma idi. Bu səbəbdən Mahir derbiyə hazırlaşıb. Onun məşqlərdə necə təsir bağışlayacağını görəcəyik. Amma mən optimistəm".
Qeyd edək ki, martın 16-da baş tutacaq "Nürnberq" - "Qroyter Fyurt" matçı Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.