"Mlada Boleslav" Kamranın transferini rəsmən açıqladı
"Mlada Boleslav" Azərbaycan millisinin qapıçısı - Kamran Ağayevi transfer etdiyi rəsmən bildirib. SportLine.az xəbər verir ki, klub rəsmi saytında bu barədə məlumat yayıb.
31 yaşlı qolkiperlə 2017/2018 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Ağayevin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubu ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.