"Mladost" Bakıya bu heyətlə gəlib
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "İnter"in qonağı olacaq "Mladost" Bakıya səfər edib. SportLine.az xəbər verir ki, Luçani təmsilçisi paytaxtımıza 23 oyunçu ilə gəlib:
Qapıçılar: Nemanya Krznariç, Zlatko Zeçeviç, Draqan Rosiç
Müdafiəçilər: İvan Miloşeviç, Sinişa Saniçanin, Nikola Andriç, Yanko Tumbaşeviç, Boqdan Miloşeviç, Miloş Şatara
Yarımmüdafiəçilər: Stefan Qoluboviç, Xusniddin Qafurov, Uroş Sindiç, Aleksandr Peyoviç, İvan Peşiç, Nenad Marinkoviç, Vladimir Radivoyeviç, Predraq Pavloviç, Veljko Kiyevçanin
Hücumçular: Saşa Yovanoviç, Nenad Qavriç, Miloş Trifunoviç, Obiora Odita, İvan Markoviç.
Qeyd edək ki, “İnter” – “Mladost” görüşü iyulun 6-da “Dalğa Arena” baş tutacaq. Bu komandalar arasında Serbiyada keçirilən ilk matçda təmsilçimiz 3:0 hesablı qələbə qazanıb.