"Mladost" - "İnter" matçının hakimləri müəyyənləşdi

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Mladost" - "İnter" oyununun hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, görüş Rusiyadan olan ədalət təmsilçilərinə həvalə olunub.

Qarşılaşmada əsas söz sahibi Aleksandr Matyunin olacaq. Ona Anton Kobzevlə Aleksey Lunyov kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını isə Yevgeni Turbin yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.