"Mladost" itki ilə üzləşib

"İnter"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi itki ilə üzləşib. Sportline.az xəbər verir ki, "Mladost"un hücumçusu Nikola Zvrko zədə üzündən meydana çıxa bilməyəcək. Bu barədə məlumatı komandanın baş məşqçisi Nenad Milavanoviç oyun üçün təşkil olunan mətbuat konfrasnında verib. Futbolçunun hazırda bərpa prosesi keçdiyini deyən baş məşqçi onun cavab matçına qədər hazır olacağını bildirib. Qeyd edək ki, "Mladost" - "İnter" oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.