Salah MLS-də çıxış edəcək
"Liverpul"dan ayrılacağını açıqlayan Mohamed Salah karyerasını ABŞ-də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, Lionel Messinin çıxış etdiyi "İnter Mayami" misirli vingerin transferində maraqlıdır.
Məlumata görə, MLS təmsilçisi 33 yaşlı futbolçu ilə yaxın vaxtlarda danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Salah cari mövsümdə "Liverpul"un heyətində 34 rəsmi matçda iştirak edib, 10 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.