Modriç “Real”ın tarixinə düşüb

“Real Madrid”in 39 yaşlı əfsanəsi Luka Modriç klubun tarixinə düşüb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Modriç “Real”ın heyətində matçda çıxan ən yaşlı futbolçu olub. 39 yaş 40 gün

Rekord daha öncə “Real Madrid”in dahi futbolçularından sayılan Ferenc Puşkaşa məxsus idi.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən kral klubunda çıxış edir.