Modriç və Kazemiro yenidən eyni klubda

"Mançester Yunayted"dən ayrılacağı rəsmləşən Karlos Henrike Kazemiro karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Milan" 34 yaşlı yarımmüdafiəçini transfer etməyə müsbət yanaşır.

Luka Modriç və Kazemiro 4 ildən sonra yenidən bir klubda çıxış edə bilər.

Qeyd edək ki, Brazilya millisinin üzvünün dəyəri 8 milyon avrodur.