Mohammed Salahın adı bu siyahıda yoxdur

Afrikada ilin ən yaxşı futbolçusu mükafatının namizədləri arasında “Liverpul”un ulduzu Mohammed Salah yer almayıb.

Sportline.az Afrika Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 10 futbolçunun adı qeyd olunub.

Bunlar Simon Adinqra (Kot-d'İvuar), Amin Quiri (Əlcəzair), Seru Qrassi (Qvineya), Aşraf Hakimi (Mərakeş), Ademola Lukman (Nigeriya), Şansel Mbembа-Manqulu (Konqo Demokratik Respublikası), Sufyan Rahimi (Mərakeş), Edmond Tapsoba (Burkina Faso), Uilyam Troost-Ekonq (Nigeriya), Ronven Uilyamsdı (Cənubi Afrika).

Məhəmməd Salah (Misir), Nikolas Cekson (Seneqal), Mohamed Kudus (Qana), Viktor Bonifas (Nigeriya) və Viktor Osimhen (Nigeriya) kimi futbolçuların adları isə siyahıda yoxdur.

Qeyd edək ki, son olaraq 2023-cü ildə Afrikada ilin ən yaxşı futbolçusu Viktor Osimhen seçilib.