"Monako" "Barselona"nı keçdi
"Monako" cari mövsüm vurduğu qolların sayını 111-ə çatdırıb. SportLine.az xəbər verir ki, ötən gecə "Mançester Siti" ilə görüşdə üç dəfə rəqib qapısına yol tapan "zadəganlar" bu göstəricidə "Barselona"nı arxada qoyub.
Hazırda katalonların aktivində 109 qol var.
Qeyd edək ki, “Monako” Liqa1-də 76, Fransa kubokunda 7, Liqa kubokunda 9, Çempionlar Liqasında 19 qol vurub.