“Monako” klubu Fatidən narazıdır

“Monako”nun rəhbərliyi Ansu Fatinin çıxışından narazıdır.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Romain Molina məlumat yayıb.

23 yaşlı sol cinah vingeri Fransa klubunda icarə əsasında çıxış edir.

Qeyd edək ki, Fati müqavilə əsasında “Barselona”ya məxsusdur.

O, cari mövsüm meydana çıxdığı 14 matçda 6 qolla yadda qalıb.