ÇL: "Mançester Siti" mübarizəni dayandırdı
Bu gün UEFA Çempionlar Liqasında son 1/4 finalçılar müəyyənləşəcək. SportLine.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma olacaq.
Azarkeşlərin diqqəti əsasən Fransaya tönələcək. Doğma meydanda 5:3 hesablı qələbəyə sevinən "Mançester Siti" üstünlüyü Monakoda qorumağa çalışacaq. Uğurlu mövsüm keçirən "Zadəganlar" mübarizəni davam etdirəmk üçün, ən azı, iki cavabsız qola sevinməlidirlər.
15 mart 2017
Çempionlar Liqası, 1/8 final (Cavab oyunu)
“Monako” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 3:1
QOLLAR: Mbappe, 8 (1:0); Fabinyo, 29 (2:0); Sane, 71 (2:1); Bakayoko, 77 (3:1)
İlk oyun – 3:5