"Monako"nu "Nottingem"ə dəyişir
"Monako"nun fransalı futbolçusu Sounqou Maqassa karyerasını "Nottingem Forest"də davam etdirməyə yaxındır.
Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 15 milyon avro təklif edib.
21 yaşlı futbolçunun meneceri "Nottingem"lə təmas halındadır.
Qeyd edək ki, Maqassa ötən mövsüm meydana çıxdığı 31 matçda 1 qol 1 asistlə yadda qalıb.