"Monako"nun futbolçusu "Çelsi"də
Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən "Çelsi" heyətini gücləndirməkdədir.
SportLine.az BBC Sport-a istinadən xəbər verir ki, "zadəganlar" "Monako"nun futbolçusu Tyueme Bakayoko ilə razılığa gəlib. Onunla 5 illik müqavilə imzalanacağı gözlənilir.
Məlumata görə, transfer "Çelsi"ni 40 milyon avro xərcə salacaq.