Montella Arda Gülərlə bağlı qərar verib
Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella Arda Gülərlə bağlı qərara gəlib.
Sportline.az xəbər verir ki, son günlər yayılan bəzi məlumatlarda "Real Madrid"də lazımı qədər oyun təcrübəsi olmayan futbolçunun milli komandanın qarşıdakı görüşlərində meydana çıxmayacağı bildirilirdi.
Amma bu xəbərlər təsdiqini tapmayıb. Ntvspor.net-in məlumatına görə Arda Macarıstan seçməsi ilə Millətlər Liqasının pley-off mərhələsinin cavab matçında start heyətdə olacaq. Bu görüş martıq 23-də keçiriləcək.
Martın 20-də təşkil olunacaq ilk oyunda isə o, cəza səbəbindən meydana çıxa bilməyəcək.