Morqan Gibbs-Vaytın transfer qiyməti bəlli olub

"Nottingem Forest" yarımmüdafiəçisi Morqan Gibbs-Vaytın transfer qiymətini açıqlayıb.

Sportline.az xəbər verir ki, İngiltərə klubu 26 yaşlı futbolçu üçün 65 milyon avro tələb edir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Aston Villa" M.Gibbs Vaytı transfer etməkdə israrlıdır.