Morqan Rocers yayda ayrılır

"Aston Villa"nın futbolçusu Morqan Rocers yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.

23 yaşlı oyunçunun transfer qiyməti 100 milyon avrodur.

Qeyd edək ki, M.Rocers cari mövsüm meydana çıxdığı 42 matçda 10 qol, 7 asistlə yadda qalıb.