Mount "Aston Villa"nın düşərgəsinə qatılacaq

"Mançester Yunayted"in yarımmüdafiəçisi Meyson Mount yayda "Aston Villa"ya keçəcək.

Sportline.az xəbər verir ki, Birmingem klubu 27 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda israrlıdır.

Bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.

Qeyd edək ki, M.Mountun dəyəri 32 milyon avrodur.