Mount "Old Trafford"la vidalaşır

"Mançester Yunayted"in ingiltərəli futbolçusu Meyson Mount yayda komandasını dəyişəcək.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik 27 yaşlı futbolçunun çıxışından narazıdır.

M.Mount bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 3 qol, 1 asistlə yadda qalıb.

Qeyd edək ki, İngiltərə millisinin sabiq oyunçusu "Mançester Yunayted"ə 2023-cü ilin yayında "Çelsi"dən 67.7 milyon avro qarşılığında transfer olunmuşdu.