Mountun son durumu

“Mançester Yunayted”in ingiltərəli futbolçusu Meyson Mount 3 aylıq sıradan çıxıb.

Sportline.az xəbər verir ki, bu haqda “Team Talk” nəşrinə məlumat yayıb.

M.Mount “Mançester Siti” ilə matçın 14-cü dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.

Qeyd edək ki, Mount bu mövsüm 13 matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.