Mourinyo: “Aşağı liqaya düşmə ehtimalı olan komandanı çalışdırmaram”
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Mançester Yunayted” ilə bağlı çıxan xəbərlərə öz münasibətini bildirib.
Sportline.az xəbər verir ki, “SkySports” kanalına müsahibə verən təcrübəli mütəxəsis bu fikirləri qeyd edib;
“Aşağı liqaya düşmə ehtimalı olan komandanı çalışdırmaram. “Mançester Yunayted” üçün Premyer Liqaya geri dönməyəcəm. Bu yalan xəbərdir. “Fənərbağça”da öz işimi davam etdirəcəm”, - deyə J.Mourinyo bildirib.
Qeyd edək ki, “Fənərbağça” Joze Mourinyo ilə ən azı mövsümün sonuna qədər yoluna davam edəcək.