Mourinyo fransalı ulduzu transfer etmək istəyir
Joze Mourinyo Karim Benzemaya təklif göndərdi.
Sportline.az xəbər verir ki, “Benfika”nın baş məşqçisi vaxtilə “Real Madrid”də çalışdırdığı fransalı hücumçunu hazırkı komandasında görmək istəyir.
37 yaşlı futbolçu bu təklif üzərində düşünür. Amma böyük ehtimalla “Al Ittihad”da qalacaq. Bunun səbəbi Benzemanın klubda özünü lider hiss etməsi və maaş məsələsidir.