Mourinyo İkardinin cavabını verdi

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının pley-offunda "Anderlxt"lə oyunqabağı mətbuat konfransı keçirib.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşıdakı görüşlə bağlı fikirlərini bölüşməklə yanaşı, digər sualları da cavablandırıb.

Jurnalistlərin "Qalatasaray"ın hücumçusu İkardinin sizinlə bağlı paylaşımına hansı münasibəti bildirərdiniz" sualını Mourinyo "Özəl adam olduğumu karyeramda qazandığım 26 kubokla sübut etmişəm. Görünür, İkardi də "bütün zamanların ən yaxşısıdır". Ona görə də ona cavab verməyi yox, susmağı üstün tuturam", - deyə cavablandırıb. 

Qeyd edək ki, İkardi, Mourinyonun hakimlərdən müntəzəm narazılığına görə sosial şəbəkədəki paylaşımında onu ağlayan adam adlandırmışdı.