Mourinyo ispaniyalı futbolçunu komandasında görmək istəyir
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo ispaniyalı futbolçu Marko Asensionu komandasında görmək istəyir.
Sportline.az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, təcrübəli mütəxəsis 29 futbolçunun transferini rəhbərliktən tələb edib.
Asensio ötən mövsümü "Aston Villa"da icarə əsasında keçirib. Futbolçu müqavilə əsasında Fransanın "Paris Sen-Jermen" klubuna məxsusdur.
Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçinin dəyəri 20 milyon avrodur.