Mourinyo karyerasında bir ilki yaşayıb

"Fənərbağça" Uefa Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Lill"ə 2-1 hesabı ilə məğlub olub.

Sportline.az xəbər verir ki, "sarı-lacivərtlilər"in çalışdırıcısı Joze Mourinyo karyerasında bir ilki yaşayıb.

Belə ki, portuqaliyalı mütəxəssis avrokuboklar karyerasında çıxdığı 8 təsnifat mərhələsi oyununda ilk məğlubiyyətini ötən gecə alıb.

Qeyd edək ki, "Fənərbağça" ilə "Lill" arasında cavab oyunu avqustun 13-də İstanbulda olacaq.