Mourinyo "Qalatasaray"ın ittihamına cavab verdi
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Qalatasaray"ın rasizmlə bağlı ittihamını cavablandırıb.
Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis derbidə əzəli rəqibin ehtiyat oyunçularına və məşqçilərinə qarşı "meymun kimi atılıb-düşürdülər" ifadəsini işlətmişdi.
Buna görə o, iki oyunluq diskvalifikasiya da olunub.
"Onlar üstümə düşməkdə səhv etdilər. Məni və keçmişimi tanımadan bu cür ittiham irəli sürmək ağılsızlıqdır. Mənim Afrika ilə afrikalılarla münasibətimdən, xeyriyyə təşkilatları ilə əlaqələrimdən xəbərləri yoxdur. Hamı bilir necə adamam. Məni rasizmdə ittiham etmək düzgün addım deyil", - deyə Mourinyo "Sky Sports"a açıqlamasında bildirib.