Mourinyo Roxoya bananı nəyə görə verib?

Çempionlar Liqasının ötən gecə keçirilən "Mançester Yunayted" - "Rostov" oyunun zamanı maraqlı hadisə yaşanıb. Sportline.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Joze Mourinyo futbolçusu Markos Roxoya banan verməsi ilə diqqət mərkəzinə düşüb. Portuqaliyalı mütəxəssis BBC-yə müsahibəsində bunun səbəbini belə açıqlayıb: "Nə vaxtsa yorulursunuzsa, orqanizminizin nə tələb etdiyini bilməlisiniz. Roxo banan xahiş etdi. Bu, gülməli deyil, futbolçuya hörmət əlamətidir". Qeyd edək ki, "Mançester Yunayted" 1:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.