Mourinyonun Berdıyevə hədiyyəsi

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Rostov"la oyundan əvvəl Rusiya klubunun vitse-prezidenti Qurban Berdıyevə hədiyyə edib. Hədiyyəni şəxsən qonaq komandanın soyunub-geyinmə otağına təhfil verən mütəxəssis bunu Rostovda ona edilən jestin qarşılığı kimi qiymətləndirib. Qutudakı hədiyyənin nədən ibarət olduğunu açıqlamayan Mourinyo Qurban Berdıyevlə "İnter" - "Rubin" matçından tanış olduğunu vurğulayıb.